Ermənistanda meşə yanğınları davam edir - VİDEO

Ermənistanda meşə yanğınları davam edir - VİDEO
  05 Sentyabr 2017    Oxunub:1831
Sentyabrın 3-də Ermənistanın Araqatsodi vilayətinin Byurakan kəndinə bitişik dağlarda, meşəlik ərazilərdə yanğın başlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.

Məlumata gör, təxminən 20 hektar ərazidə bitki və meşə örtüyü yanıb. Hazırda yanğın davam edir.

Xatırladaq ki, bundan öncə də Ermənistanda Xosrov meşələri və Nairit zavodunda yanğın baş verib. Hər iki yanğın böyük fəsadlara, ekoloji problemlərə yol açıb və faktiki olaraq Ermənistan Fövqəladə Hallar Nazirliyinin əslində sadəcə kağız parçası üzərində qrum olduğunu təstiqləyib.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Meşə   Yanğın  





Xəbər lenti