Rəsmi Bakı Myanmadakı qətliamı pislədi

Rəsmi Bakı Myanmadakı qətliamı pislədi
  05 Sentyabr 2017    Oxunub:2098
Azərbaycan Xarici İşlər Nazirliyi Myanmarda baş verən hadisələrə münasibət bildirib.
AzVision.az xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığını ifadə edib.

“Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”, - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   XİN   Myanma  





Xəbər lenti