Ərdoğan Myanma rəhbərinə zəng etdi: "Silahları yerə qoyun!"

Ərdoğan Myanma rəhbərinə zəng etdi: "Silahları yerə qoyun!"
  05 Sentyabr 2017    Oxunub:3468
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmanın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji ilə telefonla danışıb.

AzVision.az "Hürriyet"ə istinadən xəbər verir ki, dövlət başçıları Arakanda müsəlman-rohingyalıların hüquqlarının pozulması böhranının həlli yollarını müzakirə ediblər.
Ərdoğan Arakan müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu bildirib.

Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini və bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb.

Ərdoğan Myanma dövlət başçısına hadisələrin ciddi humanitar böhrana çevrilməsinin kəskin etiraza səbəb olduğunu da xatırladıb. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Myanma  





Xəbər lenti