Etibar Hüseynov: `Onu kimin öyrətdiyini bilirəm`
Deputat bildirir ki, həmin şəxs haqqında ölçü götürülməsilə bağlı polisə ərizə verib: “Və elə buradaca Rauf Qubadovun kifayət qədər "populyar" biri olması aydın oldu. İndi diqqət yetirin: adam 47 illik həyatı boyu heç harada işləməyib. Yalnız bir neçə il Rusiya bazarlarında xırda ticarətlə məşğul olub. Tüfeyli həyat tərzi keçirir. 2 dəfə ailə həyatı qurub və hər ikisindən də 2 uşaqla ayrılıb. Evini, əmlakını satıb. Nə ilə dolanması məlum deyil. Hazırda Salyan kazarmasında işləyən yeznəsinin evində yaşayır (Ad və rütbəsini bilərəkdən yazmıram). İşi peşəsi ona-buna böhtan atıb şantaj etməkdən ibarətdir. Hətta bir neçə il bundan əvvəl bələdiyyədə işləyən doğma qardaşını belə, şərləyərək tutdurmaq istəyib (onun da adını və iş yerini bilərəkdən yazmıram). Bu barədə istintaq araşdırmaları polisdə durur. Və daha nələr, nələr. Ona görə də pols işçiləri yanımdaca dəfələrlə zəng edib onu izahat verməyə dəvət etsələr də, "Gəlməyəcəyəm. Prezident Aparatına gedəcəyəm. 102-yə zəng edəcəm” və s. bu kimi hədə-qorxu gəldi. İndi gizlənir. Amma xeyri yoxdu, tapılacaq. Və bir məqama da toxunmaq istərdim. Dünən saytlarda yayılan müsahibəsində Qubadov deyib ki, bəs "Etibar Hüseynov mənim əmlakımı zorla mənimsədiyinə görə, mən də ona məxsus ərazini mənimsəmişəm". Mənimsəyibsə, deməli ərazi var və ondadır. İndi mən də deyirəm: əgər həqiqətən varsa və ondadırsa, göstərsin sizlərə, elə sizin yanınızdaca heç bir bəhanə, şərt gətirmədən ona bağışlamayan heç kişi deyil. Yox əgər bu da başda olmaqla bütün dediklərini sübut edə bilməsə, qanun qarşısında cavab verməli olacaq”.
Etibar Hüseynov deyir ki, Rauf Qubadovun kim tərəfindən öyrədilib ortaya atılmasını dəqiq bilir: “Ad çəkmirəm. Zatən hamınız tanıyırsız. Və tezliklə özü ortaya çıxacaq. Bu qədər. Elə bilirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirdim. Ona görə də hörmətli həmkarlarımın cavab haqqımı tanıması ümidilə bu mövzunu qapadıram”.
AzVision.az
Teqlər: