Fazil Mustafa:`Milli Məclisə əlil deputat seçilərsə...`
Tədbirdə millət vekili, tanınmış publisist Elmira Axundova ile yanaşı oturmuşam. Elmira xanımın həyat yoldaşı haradasa yeddi ildir evdə əlil arabasında yaşamını sürdürür. Hamıda ele təsəvvür olar ki, statusu və normal imkanı olan şəxslər daha fərqli şərtlərdə yaşayırlar. Ola bilsin ki, maddi-texniki imkan baxımından bəzi məsələləri daha rahat çözə bilərlər. Ancaq əlil üçün bu qaneedicidirmi? Məsələ təkcə yeməkdə, geyimdə, dərmanları vaxtlı-vaxtında tapıb verməkde deyil. Əlillər cəmiyyət həyatına qatılmaq imkanından məhrumdurlar bizim ölkədə.
Diqqət edin, Elmira xanım danışır ki, yoldaşının qulağında problem var, heç bir xəstəxanaya aparmaq mümkün deyil. Bütün xəstəxanalarda pilləkanlar ancaq normal yürüyən insanlar üçün nəzərdə tutulub. Hətta yenicə təmirdən çıxan uşaq poliklinikasında belə o qədər vəsait xərclənməsinə baxmayaraq, yenə də əlillərin binaya daxil olması mexanizmi düşünülməyib. Digər xəstəxanalarda da əlil arabasını daxil etmək üçün dar liftlər yararlı deyil. İdman tədbirinə, konsertə hansı vasitəlerlə apara bilərsiniz?
Ali məktəblərin heç birində əlilllərin binada necə hərəkət etməsi, yuxarı mərtəbələrə qalxması yolları ümumiyyətlə düşünülməyib. Bu ürək ağrıdan fikirlərdən sonra millət vəkili həmkarıma keçmiş olsun deməkdən başqa əlimden bir iş gəlmir.
Tədbirdə Dünya Elillər Federasiyasının vitse-prezidenti Necdet Öztürkün çıxışından bir neçə fraqmenti çatdırmaq isteyirem. Necdet bəy bildirdi ki, bu sahədə görülməli ve ya görüləcək işlər bizim üçün lütf və ya bəxşiş deyil, bu bir hüquqdur, haqdır. Biz bu haqqı istəyirik. Azerbaycan əlillərlə bağlı bütün konvensiyalara qoşulsa da, oradakı tələblərin icra edilməsinin düşünmədiyini görürük.
Gözdən əlil vətəndaşın Bakıda hərəkət etməsi üçün heç bir mexanizm düşünülməyib. Hətta Milli Məclisede bir əlil deputat seçilərsə, o zaman hansı yolla binaya daxil olacağı da düşünülməyib. Bizlərin hər birini binanın 15-ci mərtəbəsinə adamların qucağında qaldırdılar. Bəs hanı sizin ən nüfuzlu binada əlillərlə bağlı xüsusi liftiniz, ayrıca yolunuz?
Bu iradlardan Azərbaycan adına utandığımı hiss etdiyim anda Rusiya təmsilçisinin çıxışı sanki hər kəsə ümidverici yol göstərdi. Maraqlı faktı söylədi ki, əvvəllər Rusiya Parlamentinde araba ile gələn əlil millət vəkili olmadığından kimsə əlillərin hüququ, binaya sərbəst daxil olması barədə ciddi düşünmürdü. Hazırda Rusiya Parlamentində 9 əlil deputat var və əlillərin hüquqları ən ciddi şəkildə qorunmağa başlayıb, yeni lift qoyulub, hətta qəbula gələn əlil vetandaşlar üçün də rahat keçid imkanı yaradılıb.
Allah heç kimə əlillik, xəstəlik nəsib etməsin, ancaq bundan da vacibi kimsəni, xüsusilə də bu sahəyə cavabdeh olan məmurları vicdansız etməsin.
"Əlillər üçün Şərq nağılı bitdi, gəlin Qərb hüququnu tətbit etməyə başlayaq!".
Bu sözləri bir cümləlik çıxışımda bəyan etməyi vacib saydım`.