Çin Ermənistan ordusuna 10 milyon pul ayırdı

Çin Ermənistan ordusuna 10 milyon pul ayırdı
  05 Sentyabr 2017    Oxunub:1731
Ötən gün Ermənistanın və Çinin müdafiə nazirləri arasında görüş keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə üçün hərbi mütəxəssislərin hazırlığı və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər müdafiə sahəsində qarşılıqlı əlaqələri intensivləşdirmək üçün razılıq əldə edib.

Araşdırmalara görə, Çin uzun illər ərzində Ermənistanın müdafiə sahəsinə əvəzi ödənilməyən yardımlar edib.

Təsadüfi deyil ki, budəfəki görüşün sonunda 10 milyon yuan (təxminən 1 milyon 540 min ABŞ dolları) dəyərində yardım müqaviləsi imzalanıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Çin   Emrənistan  





Xəbər lenti