Moldova prezidenti hərbçilərə qadağa qoydu

Moldova prezidenti hərbçilərə qadağa qoydu
  05 Sentyabr 2017    Oxunub:1932
Moldova prezidenti İqor Dodon moldovalı hərbçilərə Ukraynanın Lvov vilayətində keçiriləcək “Rapid Trident-2017” hərbi təlimlərində iştirak etməyə icazə verməyib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi İon Çeban bildirb.

“Moldovalı hərbçilərin xaricdə hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir”, - prezident “Facebook” səhifəsində yazıb.

Bundan başqa prezidentin rəsmi səhifəsində ölkənin müdafiə nazirinin müavini Qeorqiya Qalburunun da müraciəti yerləşdirilib.

Müraciətdə deyilir ki, Moldova “Rapid Trident-2017” hərbi təlimlərində 50 nəfərlik heyətlə iştirak edəcəkdi: “Lakin prezident siyahını təsdiqləməyib”.

Qeyd edək ki, sentyabrın 7-dən 23-dək Lvov vilayətində keçirilən təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.


AzVision.az


Teqlər: Moldova   Ukrayna  





Xəbər lenti