Ermənistanda məktəblilər də etiraza qalxdı

Ermənistanda məktəblilər də etiraza qalxdı
  05 Sentyabr 2017    Oxunub:1497
Ermənistanın Kotayk vilayətinin Pyunik kəndində üç gündür ki, etiraz aksiyaları keçirilir. Şagirdlər baş nazirin qərarına etiraz olaraq məktəbə getməkdən imtina edirlər.

Yerl sakinlər kənd məktəbinin qonşu Artavazd məktəbinə birləşdirilməməsini tələb edirlər.
"Kədərlidir ki, biz valideynləri şagirdlərin məktəbə gəlməsinə, dərslərdə iştirak etməsinə inandıra bilmirik. Artıq bizim bütün yanaşma formamız tükənib. Heç bir şagird dərsdə iştirak etmir" - deyə Pyunik kənd məktəbinin direktoru Qaqik Marabyan bildirib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ötən iclasda məktəblərin birləşdirilməsilə bağlı nəzərdə tutulan qanun layihəsini təsdiqləyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti