Azərbaycanlılar erməni və gürcülərdən daha xoşbəxtdir

Azərbaycanlılar erməni və gürcülərdən daha xoşbəxtdir
  05 Sentyabr 2017    Oxunub:2700
Böyük Britaniyanın “Spectator” jurnalı dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkələri müəyyən edib.
AzVision.az xəbər verir ki, jurnalın xəbərinə görə, dünyanın ən xoşbəxt insanları Norveçdə yaşayır. Reytinqdə ilk üçlükdə Danimarka və İslandiya yer alıb.

Cənubi Qafqaz regionuna gəlincə, Gürcüstan 125, Ermənistan 155, Azərbaycan isə 85-ci yerdə qərarlaşıb. Şimal qonşumuz Rusiya 49-cu, Türkiyə 69-cu mövqedədir.

Araşdırmaya əsasən, dünyanın ən bədbəxt insanları Hindistanda yaşayır.

Qeyd edək ki, reytinq 2014-2016-ci illər ərzində ölkələrdə adambaşına düşən ÜDM, səhiyyənin səviyyəsi, insanların azadlığı, seçkilər və digər vəziyyəti əks etdirən göstəricilər nəzərə alınmaqla tərtib edilib.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   Gürcüstan  





Xəbər lenti