Georgi Ata həbs edildi

Georgi Ata həbs edildi
  05 Sentyabr 2017    Oxunub:2275
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Patriarxlığının mülki işlər üzrə xidmət idarəsinin rəhbəri Georgi Ata Mamaladzenin həbs edilməsi barədə hökm çıxarıb.
AzVision.az xəbər verir ki, məhkəmənin qərarı ilə Georgi Ata 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Georgi Ata Mamaladze yüksək rütbəli din xadimini öldürməyə hazırlıqda ittiham olunub.

AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti