Bağdadda terror: 28 nəfər öldü

Bağdadda terror: 28 nəfər öldü
  12 Sentyabr 2013    Oxunub:1703
İraqın paytaxtı Bağdadda şiələrin olduğu Hüseyniyə bölgəsində baş verən partlayışda 28 nəfər ölüb, 55 nəfər yaralanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin yaydığı məlumata görə, dini söhbət əsnasında naməlum şəxs üstündəki bombanı işə salıb.

Partlayış nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

İkinci kamikadze hücumunun isə son anda qarşısı alınıb. Məscidin həyətində üstündəki bombanı işə salmaq istəyən kamikadze təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Öldürülən kamikadzenin cəsədi kütlə tərəfindən yandırılıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti