Hafiz Hacıyevin kreditlə aldığı telefonun qiyməti...
Bu sözləri AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev bildirib.
O, həmçinin deyib ki, telefonunun markası `Samsung`dur:
`Modelini dəqiq bilmirəm. Qiyməti 350 manatdır`, deyə prezidentliyə namizəd vurğulayıb.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev Modern.az-a açıqlamasında deyib ki, MSK-ya verdiyi arayışda Bakıdakı evini, maşınını qeyd edib.
H.Hacıyev avtomobili kreditlə aldığını vurğulayıb: “Hələ krediti verib qurtara bilməmişəm. Hər ay 500-600 manat ödəyirəm”.
H.Hacıyev mobil telefonunu da kreditlə aldığını arayışda qeyd edib.
AzVision.az