Peşə məktəblərinin tələbələrinə təqaüd veriləcək

Peşə məktəblərinin tələbələrinə təqaüd veriləcək
  06 Sentyabr 2017    Oxunub:3135
“Peşə təhsili haqqında” qanun layihəsinin ilkin varinatı hazırdır və sentyabrda komitədə müzakirəyə çıxarılacaq.
Bu barədə AzVision.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilib, Azərbaycan reallıqları nəzərə alınıb.

“Sentyabr ayıda çalışacağıq ki, İşçi Qrupuna daxil olan qurumlar, o cümlədən Təhsil Nazirliyi ilə birlikdə qanun layihəsinin müzakirəsini həyata keçirək və payız sessiyasının plenar iclasına təqdim edək. Qanun layihəsi barədə beynəlxalq təcrübəni öyrənərkən aydın oldu ki, dünyanın bir çox ölkələrində peşə məktəbləri özəl və dövlət peşə məktəblərinə ayrılır. Bəzi ölkələrdə isə bələdiyyə peşə məktəblərinin olduğunu gördük. Dünyada gedən proseslər göstərir ki, bələdiyyə peşə məktəbləri özünü doğrulda bilməyib. Ölkəmizin reallıqlarına baxdıq və “Peşə təhsili haqqında” qanun layihəsində dövlət və özəl peşə təhsili müəssisələrinin yaradılmasını daha məqsəduyğun hesab etdim”.

Ölkəmizdə çoxsaylı peşə məktəblərinin açıldığını və peşə təhsilinin inkişafı üçün ciddi addımların atıldığını deyən İ.Həbibbəli bildirib ki, qanun layihəsi ilə təhsilin bu pilləsini təmzilməmək mümkün olacaq.

“Peşə təhsilinə aid hər bir təhsil müəssiələrinin hüquqları, vəzifələri, funskiyalarını müəyyən edirik, qanunvericilik baxımdan tənzimləyə çalışırıq ki, yüksək inkişafa nail olunsun. Qanunvericilikdə nəzərdə tutulacaq ki, peşə təhsili ödənişsiz və ödənişli əsaslarla olsun. Bu, artıq tələbələrin topladıqları ballardan, attestat göstəricilərindən asılı olacaq. Peşə məktəblərinə sənəd verənlərin sayı heç də az deyil. Peşə məktəblərinə yüksək göstəricilərlə qəbul olanlar təqaüd də ala biləcəklər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsa-Həbibbəyli   Milli-Məclis   Qanun  





Xəbər lenti