Ermənistan XİN Məmmədyarovun dediklərini təsdiqlədi
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
"Yəqin ki, görüş sentyabrın 20-dən sonra baş tutacaq, lakin konkret tarix hələ dəqiqləşdirilir"- deyə Balayan vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın XİN rəhbəri E.Məmmədyarov açıqlama verərək erməni həmkarı Edvard Nalbandyanla görüşünün dəqiqləşdiyini, ancaq vaxtın hələ bilinmədiyini deyib.
Şahin Qocayev
AzVision.az
Teqlər: Məmmədyarov Ermənistan XİN Qarabağ