Ermənistanın dövlət borcu 61 milyon dollar artıb

Ermənistanın dövlət borcu 61 milyon dollar artıb
  07 Sentyabr 2017    Oxunub:1612
Cari ilin iyul ayının sonuna olan məlumata görə, Ermənistanın dövlət borcu 6.202 milyard ABŞ dolları təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət borcu son bir ayda 60.8 milyon dollar, yəni 1% artıb. Bu ilin əvvəli ilə müqayisədə isə dövlət borcu 259.5 milyon dollar və ya 4.4% artıb.

İyun ayının sonuna olan məlumata görə, Ermənistanın xarici borcu 4.985 milyard dollar, daxili borc isə təqribən 1.217 milyard dollar təşkil edib.

Ermənistanın Ümumdunya bankına olan borcunda da artım qeydə alınıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti