Myanma qaçqınlarının sayı 300 min nəfərə çata bilər

Myanma qaçqınlarının sayı 300 min nəfərə çata bilər
  07 Sentyabr 2017    Oxunub:1278
Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayının 300 min nəfərə çatacağı gözlənilir.
"Reuters" bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariyaya istinadən məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl açıqlanan rəqəm 146 min nəfər olub.

Bxattaçariya bildirib ki, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.

AzVision.az


Teqlər: Myanma  





Xəbər lenti