Müəllimlərə silah gəzdirməyə icazə verildi

Müəllimlərə silah gəzdirməyə icazə verildi
  12 Sentyabr 2013    Oxunub:1061
Bunun məktəblərdə təhlükəsizliyin təmin olunması məqsədilə edildiyi bildirib
ABŞ-ın Arkanzas ştatında xüsusi komissiya 13 məktəbdə müəllimlərə dərslərə silahla girməyə icazə verən sənəd imzalayıb. Ştat rəhbərliyi bu qərarın məktəblərdə təhlükəsizliyin təmin olunması məqsədilə verildiyini bildirib. Məktəbin digər əməkdaşlarına da silahlanmağa icazə verilib. Qərar 2 il qüvvədə olacaq. Müəllimlərin silahlanmasını qanunsuz hesab edən ştatının baş prokuroru Dastin Mak-daniel hakimiyyətin təşəbbüsünə etiraz edib. Məktəblərdə kütləvi qırğınların qarşısını almaq üçün ölkənin digər ştatlarında da tədbirlər görülür. Ohayo, Texas və Yutada təşkil edilən pulsuz kurslardə müəllimlərə odlu silahdan istifadə etməyin qaydaları öyrədilir.

S.Həsənova


Teqlər:  





Xəbər lenti