Ermənistan ordusunda benzin oğurluğu

Ermənistan ordusunda benzin oğurluğu
  07 Sentyabr 2017    Oxunub:1289
Ermənistanın Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin ordudan benzin oğurlamasına dair yeni faktlar aşkarlanıb.
AzVision.az "Jogovurd"-a istinadən xəbər verir ki, Ermənistanda hərbi hissələrdən birinin avtomobil xidməti rəisi Artur Şamiryan tərəfindən yanacağın mənimsənilməsi faktı müəyyən edilib.

Məlumata görə, hərbi hissəyə məxsus 3210 litr avtomobil yanacağı və 1868 litr dizel yanacağı Şamiryana etibar edilib. O, öz vəzifə səlahiyyətindən sui istifadə edərək yanacağı mənimsəyib. Nəticədə hərbi hissəyə 1 milyon 480 min 740 dram dəyərində ziyan dəyib.

Bundan başqa hüquq-mühafizə orqanı əməkdaşları müəyyən ediblər ki, Ermənistanın Müdafiə Nazirliyinin vəzifəli şəxsi öz əməllərini gizlədərək, 2017-ci ilin mart və aprel aylarındakı hesabat sənədlərinə naməlum saxta məlumatlar daxil edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Oğurluq  





Xəbər lenti