Erməni polkovnikdən etiraf: “Azərbaycan ordusu bizdən daha güclüdür”
Arustamyan vurğulayıb ki, Azərbaycanın tankları istər keyfiyyət, istərsə də say baxımından üstünlük təşkil edir. Polkovnik etiraf edib ki, aprel döyüşlərində 1992-94-cü illərdə olduğu qədər mərmi atılıb.
Jurnalist müsahibə zamanı ondan qondarma rejimin "hərbi siyasi rəhbərliyi"nin Madrid psinsiplərinə uyğun olaraq, ərazilərin güzəşt edilməsi yolu ilə münaqişənin həllinə dair mövqeyini öyrənmək istəyib.
Polkovnik “Gəlin, belə razılaşaq ki, siyasi sualları cavablandırmıram” - deyə sualdan yayınmağa çalışıb.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan