Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər

Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər
  07 Sentyabr 2017    Oxunub:11897
Ermənistanın iqtidaryönlü saytları “ən yenilməz ordu” adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.
AzVision.az xəbər verir ki, orduda törədilən bir çox cinayətlər gizlədilir.

“Helsinki” vətəndaş assambleyasının Vanadzor ofisinin məlumatına görə, bu il yanvarın 16-da Ermənistanın “N” saylı hərbi hissəsində müqavilə ilə qulluq edən çavuş Araik Sarkisyan hərbçi yoldaşı tərəfindən güllələnib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə silahla davranış qaydalarının pozulması nəticəsində baş verib. Lakin bu günə kimi hadisənin təfərrüatları və hərbçi yoldaşını gülləyən hərbçinin adı açıqlanmayıb. Qeyd edək ki, qarın nahiyəsindən güllə yarası alan çavuş Araik Sarkisyan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər hadisə bu ilin 6 aprel tarixində baş verib. Döyüş postunda olan iki erməni hərbçi nizamnamədən kənar münasibətlər nəticəsində qətlə yetirilib. Lakin əsgərlərin valideynləri rəsmi məlumata inanmırlar. Belə ki, sıravi əsgər Qriqor Avetisyan və Suren Aramyan Ermənistanın şərqi sərhədlərində xidmət edirmiş. İstintaqın versiyasına görə, onlar əsgər David Dumikyan tərəfindən güllələnib. Lakin Qriqor Avetisyanın hüquqi varisinin nümayəndəsi bu versiyanı doğru hesab etmir.

“Dünya Dialoqu” ictimai təşkilatının eksperti Ruben Martirosyan bəyan edir ki, qətlləri Dumikyan törətməyib və cinayət işi ilə bağlı araşdırma düzgün aparılmır.

Vardenis hərbi polis şöbəsinin istintaq idarəsinin iddiasına görə, hadisəni törədən David iki əsgər yoldaşını qətlə yetirməsi barədə məlumat verərək özü təslim olub. Belə ki, Dumikyan Aramyanın olduğu çadıra girərək nizamsız atəş açıb. Avetisyanı isə o artıq bayırda güllələyib. Qətlin motivi isə əsgərin təhqir edilməsi göstərilib. Həmişə olduğu kimi, komandanlıq standart bəyanat verməklə işini bitirib.

Lakin hüquq müdafiəçisi Ruben Martirosyan bildirib ki, Dumikyanın günahkar olmasını təkzib edən, bir sıra məqamlar var. Onun sözlərinə görə, Davidin atəş açmasını təkzib edən ekspert rəyi mövcuddur. Onun əl izləri avtomatda aşkar edilməyib. Bundan başqa qətlə yetirilən Qriqorun qohumları bildirib ki, Dumikyan ibtidai istintaqa verdiyi ifadələrdən imtina edib. O, qeyd edib ki, hərbi polisdə onu dəfələrlə döyüblər və hazır izahatı imzalamağa məcbur ediblər.

Hüquq müdafiəçisi əlavə edib ki, üzərindən 9 ay keçməsinə baxmayaraq cinayətin gedişatı və hərbçilərin əsl qatili məlum olmayıb. Qətlə yetirilən əsgərlərin qohumları cinayət işini yenidən araşdırılmasını tələb edirlər. Ruben Martirosyan əlavə edib ki, hadisə zamanı yaralanan iki əsgər Akop Qevorqyan və Areq Baqdasaryanın ifadələri özündə şübhə doğurur. Hər ikisi deyir ki, hadisə baş verən zamanı çadırda yatırlarmış. Və hər ikisi ayağından yaralanıb.

Ancaq onların ifadələri iki versiyaya görə, reallıqdan uzaqdır. Birincisi Qriqor və Akop arasında keçmişdən münaqişə olub. İkinci isə Akop döyüş mövqeyinə getməmişdən əvvəl postun komandiri olan kapitan Roman Akopyanı döyüb. Nəticədə bir ay müddətinə həbs edilib. Ehtimal ki, atışmaya onlar arasındakı mübahisə səbəb olub. Bütün hallarda Ermənistan ordusunda bu cür hadislərə yüzlərlələdir. Lakin istitaq idarəsi cəmiyyətə ordu haqqında mənfi məlumatların ötürülməməsi üçün əlindən gələni edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qətl   Ordu  





Xəbər lenti