NATO və Rusiya generalları Bakıda görüşəcək

NATO və Rusiya generalları Bakıda görüşəcək
  07 Sentyabr 2017    Oxunub:2237
NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bu gün (7 sentyabr tarixində) Bakıda görüşəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun kommünikesində deyilir. Bildirilib ki, bu, NATO-nun Rusiya ilə əlaqələrini dondurmaq qərarı almasından sonra tərəflər arasında ilk görüş olacaq.

Qeyd olunub ki, görüş iki general arasında 2017-ci il martın 3-də baş tutmuş telefon danışığının davamıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Rusiya   Azərbaycan  





Xəbər lenti