Cəmil Həsənlinin namizədliyi qeydə alındı

Cəmil Həsənlinin namizədliyi qeydə alındı
  12 Sentyabr 2013    Oxunub:948
Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənlinin namizədliyi qeydə alındı.
AzVision.az xəbər verir ki, ümumilikdə 44 495 imza yığılıb. Onlardan 40 291 etibarlı, 4204 etibarsız imza olduğu yoxlamalar şəklində aşkarlanıb. Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 893 imza vərəqəsi paylanılıb. İmzalar 125 dairədən yığılıb. Ümumilikdə 44 495 imza yığılıb. Onlardan 40 291 etibarlı, 4204 etibarsız imza olduğu yoxlamalar şəklində aşkarlanıb.

MSK katibi namizədin qeydə alınması üçün əsasların olduğunu qeyd edib.


Teqlər:  





Xəbər lenti