İrəvanda yenidən etiraz aksiyası keçirilib

İrəvanda yenidən etiraz aksiyası keçirilib
  07 Sentyabr 2017    Oxunub:1461
Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz edənlər fəaliyyəti dayandırılan "Nairit" zavodunun işçiləridir.

Kimyaçı-mühəndis Anahit Manukyan bildirib ki, zavodun yenidən işə salınmasına sərmayə qoymaq istəyən olsa da, hökümət texniki audit keçirməyə icazə almaq üçün sərmayədarların xahişinə cavab vermir.

O, qeyd edib ki, etiraçılar zavodun fəaliyyətinin yenidən bərpa olunması tələbi ilə Ermənistanın hökümət binasının qarşısında toplaşıblar.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti