MSK Əhməd Oruca `yox` dedi

MSK Əhməd Oruca `yox` dedi
  12 Sentyabr 2013    Oxunub:1176
Əhməd Oruc üçün cəmi 12452 etibarlı imza yığılıb
Bu gün MSK-nın növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, iclasda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınması məsələsinə baxılıb. Bunlar Azadlıq Partiyasının sədri Əhməd Oruc və Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. Azadlıq Partiyasının sədri Əhməd Orucun prezidentliyə namizədliyi qeydə alınmayıb.

İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, Əhməd Oruc üçün cəmi 12452 etibarlı imza yığılıb. MSK katibi bildirib ki, qanunla etibarlı imzaların sayı az olduğu üçün namizəd qeydə alınmayıb. Ədalət Partiyasının sədri İlyas İsmayılıovun prezidentliyə namizədlyi qeydə alınıb. İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, ümumlikdə 42950 ədəd imza yığılıb. Onlardan 40160 ədəd etibarlı, 2790 etibarsız imza aşkarlanıb. MSK katibi namizədin qeydə alınması üçün əsasların olduğunu qeyd edib .

Ədalət Partiyasının sədri İlyas İsmayılıovun prezidentliyə namizədlyi qeydə alınıb. İşçi Qrupunun rəhbəri İlham Məımmədov bildirib ki, ümumlikdə 42950 ədəd imza yığılıb. Onlardan 40160 ədəd etibarlı, 2790 etibarsız imza aşkarlanıb.

MSK katibi namizədin qeydə alınması üçün əsasların olduğunu qeyd edib

Sevinc


Teqlər:  





Xəbər lenti