Rusiyada poliqonda partlayış - Ölən və yaralılar var

Rusiyada poliqonda partlayış - Ölən və yaralılar var
  07 Sentyabr 2017    Oxunub:1681
Rusiyada hərbi poliqonda tanklardan planlaşdırılmış atış zamanı partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Qərb Hərbi dairəsinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, Leninqrad vilayətində yerləşən poliqonda tanklardan planlaşdırılmış atış zamanı mərmilərdən biri yerə dəyərək istiqamətini dəyişib və hərbçilərin gizləndiyi mühəndis istehkamçısının yanında partlayıb.

Partlayiş nəticəsində 6 hərbçi yaralanıb. Onlardan biri ölüb. Xəsarət alan hərbçilərin hamısı dərhal xəstəxanalara çatdırılıb, onlara tibbi yardım göstərilir. Hadisə yerində QHD-nin komissiyası işləyir.

AzVision.az



Teqlər: Rusiya   Poliqon   Partlayış  





Xəbər lenti