Məmmədyarov yeni səfirini qəbul edib

Məmmədyarov yeni səfirini qəbul edib
  07 Sentyabr 2017    Oxunub:1308
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Elmar Məmmədyarov səfir Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti