II Qaregin şeyxlə görüşə hazırlaşır

II Qaregin şeyxlə görüşə hazırlaşır
  07 Sentyabr 2017    Oxunub:2399
Sentyabrın 8-də bütün ermənilərin katolikosu II Qaregin patriarx Kirillin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş Moskvada baş tutacaq.

Katolikosluğun mətbuat xidmətinin direktoru, keşiş Vahram Melikyan bildirib ki, II Qaregin Paşazadə ilə görüşmək üçün bu gün axşam saatlarında Rusiyaya yola düşəcək.

Xatırladaq ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə artıq Moskvadır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qaregin   Ermənistan   QMİ   Şex   Moskva  





Xəbər lenti