Rusiya və NATO generallarının Bakı görüşünün detalları

Rusiya və NATO generallarının Bakı görüşünün detalları
  08 Sentyabr 2017    Oxunub:2393
Xəbər verdiyimiz kimi, bu gün Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, artıq görüşün bəzi detalları açıqlanıb.

Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Rusiyanın Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini “Qərb-2017” strateji təlimləri barədə məlumatlandırıb. Təlimin planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini NATO generalının diqqətinə çatdırıb.

Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib.

NATO nümayəndəsi isə görüşlə bağlı TASS-a bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov və NATO-nun Hərbi komitəsinin sədri Pyotr Pavelin Bakıdakı görüşü Rusiyanın Şimali Atlantika alyansı ilə hərbi əlaqələrinin saxlamasında qarşılıqlı marağın olduğunu göstərib.

"Bu şəxsi görüş NATO-nun şəffaflıq və Rusiyanın ali rəhbərliyi ilə siyasi səviyyədə davam edən dialoq siyasətinə uyğun olaraq hərbi kommunikasiya xətlərini saxlamağa qarşılıqlı marağı aydın nümayiş etdirdi"- NATO rəsmisi Bakı görüşü haqda deyib.

Qeyd olunub ki, tərəflər hərbi kommunikasiya xətlərinin istifadəsini davam etdirmək barədə razılığa gəliblər.

General Gerasimov isə görüşdən öncə bildirmişdi: "Bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir. Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq".

AzVision.az


Teqlər: NATO   Rusiya   Gerasimov  





Xəbər lenti