İranın ali lideri 1166 məhbusu əfv edib

İranın ali lideri 1166 məhbusu əfv edib
  08 Sentyabr 2017    Oxunub:1596
İranın ali lideri ayətullah Əli Xamneyi Qurban bayramı münasibətilə 1166 məhbusun əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi barədə elan edib.
Bu haqda İranın ali liderinin rəsmi saytı xəbər verib.

Məlumata görə, İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadek Amoli Laricani məhkumların əfv edilməsi və cəzaların yüngülləşdirməsi haqda Ayətullah Xamneyiyə müraciət göndərib. İranın ali lideri İd əl-Adxa və Qədir Xum bayramları ilə əlaqədar müraciətə razılıq verib.

AzVision.az


Teqlər: İran   Əfv  





Xəbər lenti