Əhməd Oruc MSK-ya cavab verdi

Əhməd Oruc MSK-ya cavab verdi
  12 Sentyabr 2013    Oxunub:1210
Azadlıq Partiyasının sədri Əhməd Oruc namizədliyinin qeydə alınmamasını qərəz kimi qiymətləndirib.
Bu barədə partiya sədri AzVision.az-a açıqlamasında bildirib. O, iddia edir ki, MSK-nın 7 min imzanı oxşar hesab etməsi yalandır:

“Biz Mərkəzi Seçki Komissiyasına 43 min 443 imza vermişik. Orada 19 min imza yoxlanıb, bunlardan 7 mini etibarsız sayılıb. Belə olan halda imzaların ümumi sayı 40 mindən aşağı düşdüyünə görə imzaların sayılması dayandırılıb”.

Partiya sədri MSK-nın qərarından şikayət edib-etməyəcəyi ilə bağlı isə bunları deyib: “Sabah partiyada toplaşıb bu barədə müzakirələr edəcəyik. Müzakirələrdən sonra qərar qəbul olunacaq”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti