Ermənistanda kəndlilər üsyan edir

Ermənistanda kəndlilər üsyan edir
  08 Sentyabr 2017    Oxunub:2150
Ermənstanda Armavir vilayətinin Sardarapat kənd sakinləri yerli hakimiyyət orqanlarına qarşı etiraz aksiyası keçirib.

AzVision.az “Tert.am” agentliyinə istinadən xəbər verir ki, buna səbəb son iki ay ərzində kəndin əkin sahələrinə suyun verilməməsidir.
Kəndlilər deyir ki, hazırda 50-dək təsərrüfatın meyvə bağları susuzluqdan məhv olmaq üzrədir.

Kəndlilər bu günə qədər öz sahələrini Axuryan su anbarından istifadə edərək sulayıblar. Lakin hazırda anbarda su yoxdur.

Digər problem yığılan meyvələrin alıcısının olmamasıdır. Kəndlilər bildirib ki, mövsümü yığılan meyvə satılmadığından xərclədikləri vəsaiti əldə edə bilmirlər. Bu isə bir çox fermerlərin müflisləşməsinə gətirib çıxarır. Armavir vilayət rəhbərliyinə edilən müraciətlər isə nəticəsiz qalıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti