Günəşdə yenidən güclü partlayış olub

Günəşdə yenidən güclü partlayış olub
  08 Sentyabr 2017    Oxunub:3070
Bu gün Bakı vaxtı ilə saat 12:00-da Günəşdə güclü partlayış baş verib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış ən yüksək hesab olunan X kateqoriyasına aid edilir.
Qeyd edək ki, bir neçə gün öncə son 12 ilin ən güclü partlayışı qeydə alınıb. Bir-birinin ardınca qeydə alınan partlayışlar peyklərin işinə təsir edə bilər. Partlayış X kateqoriyasına aid edilir.

Günəşdə baş verən partlayışlar Yerə maqnit qasırğası formasında təsir edir. Bu isə meteohəssas insanların səhhətində özünü mənfi formada biruzə verir.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: Günəş   Partlayış  





Xəbər lenti