ATƏT PA sədri Heydər Əliyevin məzarını ziyarət edib

ATƏT PA sədri Heydər Əliyevin məzarını ziyarət edib
  08 Sentyabr 2017    Oxunub:1199
Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Kristin Muttonen sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər güllər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xanım Kristin Muttonenə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AzVision.az


Teqlər: ATƏT-PA  





Xəbər lenti