Sarkisyanın partiyası məktəblərdə homoseksuallığı təbliğ edir

Sarkisyanın partiyası məktəblərdə homoseksuallığı təbliğ edir
  08 Sentyabr 2017    Oxunub:2920
Ermənistan parlamentinin Respublikaçı partiyasından olan millət vəkili Ruzanna Muradyan son günlər diqqət mərkəzindədir.

Məlumata görə, Ruzanna Muradyan nəzarətində olan ictimai təşkilat vasitəsilə “məktəblilər tərəfindən cinsi azlıqlara qarşı necə tolerantlıq nümayiş etdirməlidir” mövzusu haqda broşürlər hazırladıb.
O, broşürləri məktəblərdə paylamaq istəsə də, bunun qarşısı alınıb.

"Joğovurd"un məlumatına görə, Hesablama Palatası tərəfindən Ermənistan Elm və Təhsil Nazirliyinin maliyyə hesabatlarında təşkilatlara vəsaitlərin verilməsi, o cümlədən millət vəkilinə aid olan ictimai təşkilata pul ayrılması faktı aşkar edilib.

Ümumiyyətlə, Ruzanna Muradyana aid olan “Məktəb-mərkəzlər birliyi” və “Sərhədsiz təhsil” ictimai təşkilatları bu illər ərzində Ermənistanın Elm və Təhsil Nazirliyi, Ermənistan prezidentinin işlər idarəsi, gənclər fondundan və digər təşkilatlar tərəfindən külli miqdarda vəsait və yardımlar əldə edib.

Maraqlı məqam ondan ibarətdir ki, respublikaçı deputat təşkilatına ayrılan vəsaitləri məktəblərdə homoseksuallığın təbliğatına istiqamətləndirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti