Erməni aktivist məhkəməyə uzanaraq etiraz etdi - VİDEO

Erməni aktivist məhkəməyə uzanaraq etiraz etdi - VİDEO
  08 Sentyabr 2017    Oxunub:1819
Ermənistanda siyasi məhbus Jirayr Sefilyanın və digərlərinin işi üzrə məhkəmə iclasından öncə aktivist Vardqes Qasparin təkbaşına etiraz aksiyası keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qasparin bu yolla Sefilyan üçün ayrılmış ictimai vəkil Marine Tovmasyanın məhkəmənin qərarlarına, bu qərarların icrasında, Jirayrın razılığı olmadan iclaslarda iştirak etməsinə etirazını bildirib. O, etirazını yerə uzanmaqla həyata keçirib.

Qeyd edilib ki, Qasparin vəkil Marine Tovmasyanın avtomobilinin yolunu kəsməyə cəhd edib, ancaq polis əməkdaşları buna imkan verməyib.

Xatırladaq ki, siyasi məhbus Jirayr Sefilyan və digərlərinin işi üzrə məhkəmə iclaslarında onların vəkilləri iştirak etmir. Jirayr Sefilyan və Nerses Pogosyanın hüquqlarının müdafiəsi üçün ictimai vəkil cəlb edilib. Marine Tovmasyan bildirib ki, Nerses Poğosyan onun müdafiəsindən imtina edib. Buna baxmayaraq, Tovmasyan deyib ki, onların vəkilləri qayıdana qədər məhkəmə iclaslarında iştirak etməyə davam edəcək. Həmçinin Sefilyanın ictimai vəkildən imtina etdiyi bildirilir.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti