“Köçkünlər Qarabağa geri qaytarılmalıdır” - Patriarx Kirill
"Xoş məramımızı və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyimizi yüksək qiymətləndirirəm. Görüşün özü xalqlarımızın hazırlığını, dinlərimizin sülhməramlı potensialını göstərir. Davam edən faciəli münaqişədən kənarda qalmaq çətindir. Hərbi əməliyyatlar nəticəsində insanların ölməsi əzab və acı verir. Bu hadisələr yenidən günahsızları müdafiə etməklə bağlı səsimizi qaldırmağa təşviq edir".
Onun sözlərinə görə, dini liderlərin rolu münaqişə tərəflərini dinc insanların həyatını qorumaq üçün qan tökülməsinə son qoymağa çağırmaqdan və barışığa, məcburi köçkünlərin geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə aparan konkret addımlar atmaqdan ibarətdir. (Report)
AzVision.az