“Aprel döyüşlərinin günahkarı Sarkisyandır” - Erməni siyasətçi

“Aprel döyüşlərinin günahkarı Sarkisyandır” - Erməni siyasətçi
  09 Sentyabr 2017    Oxunub:11303
Ermənistanın “Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postanyan bu gün keçirdiyi mətbuat konfransında 2018-ci ildə gözlənilən siyasi dəyişikliklər barədə bildirib ki, prezident Serj Sarkisyan baş nazir olmamalıdır.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, partiya sədri bildirib ki, Sarkisyanın yeri cəzaçəkmə müəssisəsidir

“Serj Sarkisyan və onun silahdaşları 25 ildə hər şeyi iflasa uğradıblar. Onlar cinayətkardırlar. 1.5 milyon nəfərin ölkəni tərk etdiyinə görə, onlar bağışlamaq olmaz. 8 milyard dollar xarici borca görə, onlar qanunla cəzalandırılmalıdırlar. Biz Serj Sarkisyanı xəyanətdə ittiham edirik. Dörd günlük müharibədə (aprel döyüşlərini nəzərdə tutur-red) günahkar məhz Sarkisyandır. Biz bu faktlarla bağlı tezliklə hesabat verəcəyik. Bu, sənədlə olmayacaq, canlı yayımla olacaq ”- deyə Zaruhi Postancyan bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Aprel-döyüşü  





Xəbər lenti