The House Magazine” erməniləri ifşa etdi

The House Magazine” erməniləri ifşa etdi
  13 Sentyabr 2013    Oxunub:982
İngiltərənin nüfuzlu “The House Magazine” jurnalı Azərbaycan torpaqlarının işğalına dair banner yerləşdirilib
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın aparıcı siyasi jurnallarından olan “The House Magazine” jurnalının sentyabr buraxılışında Azərbaycanın bir neçə rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümünə dair təbliğat banneri yerləşdirib.


AAC-dan verilən məlumata görə, jurnal Britaniyanın üç əsas siyasi partiyasının təmsil olunduğu konfranslarda iştirak edən bütün parlament üzvləri, lordlar və nümayəndələrə paylanıb.

Bannerdə Ağdam, Füzuli, Qubadlı və Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il keçməsi faktı əks olunub.

Qeyd olunur ki, artıq 20 ildir, yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin salınıb, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı qətnamələr) 20 ildir, icra olunmur.


Teqlər:  





Xəbər lenti