İlham Əliyev Meksika prezidentinə başsağlığı verib

İlham Əliyev Meksika prezidentinə başsağlığı verib
  09 Sentyabr 2017    Oxunub:1582
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.
Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Başsağlığı  





Xəbər lenti