ABŞ Bəhreynə 3,8 milyardlıq silah satır

ABŞ Bəhreynə 3,8 milyardlıq silah satır
  09 Sentyabr 2017    Oxunub:1257
ABŞ Dövlət Departamenti Bəhreynə silah satışı barədə sövdələşməni təsdiq edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 3,8 milyard dollardan çoxdur. Nəticədə ABŞ Bəhreynə “F-16” qırıcıları, tank əleyhinə raket və gözətçi katerlər satacaq.

Qeyd olunub ki, silah satışında məqsəd Bəhreynin regional təhlükənin qarşısını almaq və öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir.

AzVision.az



Teqlər: ABŞ   Bəhreyn  





Xəbər lenti