Borca düşən və sərvət yığan erməni generallar
![Borca düşən və sərvət yığan erməni generallar Borca düşən və sərvət yığan erməni generallar](https://azvision.az/photos/Serj_Serk11isyan_1504941189.jpg)
Brutyan vəzifəyə yenidən təyin olunsa da, tərcümeyi-halından məlum olur ki, 2009-cu ildən etibarən baş administrasiyanın yaradılmasından bu günədək onun rəhbəri olub.
Ermənistan SQ baş qərargahının səfərbərlik idarəsinin rəisi general Kamo Koçuntsun isə 5 daşınmaz əmlakı var. Bu haqda etika komissiyasına göndərilən bəyannamədə qeyd olunub.
Erməni general 1 mənzil, 3 torpaq sahəsi, 1 bağ evi haqqında məlumat verib. İyulun 1-də vəzifəni təhvil alan zaman onun 2 milyon 500 min dram vəsaiti olub. Əvvəlki əmək haqqından gəlirləri isə 3 milyon 240 min dram təşkil edib.
Qeyd edək ki, bu vəzifəyə general Koçunts təkrar təyin edilib. O, bu vəzifəni 2013-cü ildən tutur. Bundan əvvəl isə Ermənistan ordusunun 5-ci ordu korpusunun komandiri olub.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan