Ərdoğan Nyu-Yorkda Trampla görüşəcək

Ərdoğan Nyu-Yorkda Trampla görüşəcək
  10 Sentyabr 2017    Oxunub:2722
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində görüşəcəkləri barədə razılığa gəliblər.

Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən hər iki lider, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.

AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Tramp  





Xəbər lenti