Fransada pulsuz Azərbaycan dili tədris olunacaq - Fotolar

Fransada pulsuz Azərbaycan dili tədris olunacaq - Fotolar
  10 Sentyabr 2017    Oxunub:4163
Parisdə Azərbaycan dili dərslərinin tədrisnə başlanılıb.
AzVision.az xəbər verir ki, artiq 5 ildir ki, Paris Azǝrbaycan Evi Azǝrbaycanın Fransadakı səfirlyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftə sonu Azərbaycan dili dərsləri təşkil edir.



Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva tədbiri açaraq iştirak edən uşaqları, valideynləri salamlayaraq azərbaycan dili dərslərinin gedişatı haqqında məlumat verib. Eyni zamanda bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqlarının gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması, doğma ölkələrinə bağlılığı təmin etmək üçün həftə sonu dərslərinin rolunun böyük olduğunu qeyd etdi.



Vǝtǝndǝn kǝnarda dilimizin öyrəmilməsi uçun hǝyata keçirilǝn bu layihǝ, Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zǝngin mədəniyyəti tədris olunur. Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub .



Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində müəllimələr Mehri Quliyeva və Nazilə Şəfiyeva aparacaqlar. Şagirdlərə dərslik ləvazimatları payalanmış və ilk dərsin mövzusu dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.





AzVision.az


Teqlər: Fransa   Azərbaycan   Paris-Azǝrbaycan-Evi  





Xəbər lenti