Kataloniya müstəqillik tələb edir

Kataloniya müstəqillik tələb edir
  13 Sentyabr 2013    Oxunub:1363
İspaniyanın Kataloniya muxtar vilayəti müstəqillik gününü qeyd edir.
"Diada" adlanan bu gündə katalonlar İspaniyadan ayrılaraq müstəqil yaşamaq tələblərini bir daha qabardıblar. Amma onlar bu tələbi özünə məxsus şıkildə edib. Belə ki, azdlıq və müstəqillik şüarları səsləndirən 400 min insan əl-ələ tutaraq canlı zəncir yaradıblar. Halqanın bir ucu Kataloniya vilayətinin şimal hissəsi, Fransa ilə həmsərhəd ərazidən başlayıb. Digər ucu isə qonşu vilayət Valensiyaya qədər gedib çıxıb. Milli marşın səsləndirilməsi ilə yekunlaşan tədbirdə katalon liderlər çıxış ediblər.

Onlar müasir dünyada azadlıq tələbinin daha da artdığını qeyd ediblər. Avropada Şotlandiyanın Böyük Britaniyadan ayrılmaq üçün cəhdlər etdiyini xatırladan liderlər Madridə səsləniblər. Aksiyada 2014-cü ildə katalioniyalilarin tam müstəqillik üçün referenduma gedəcəyi də qeyd olunub. Qeyd edək ki, İspaniya hökuməti bu günə qədər katalonların tələblərini rədd etsə də, iqtisadi böhranın yaratdığı çətinliklər Madribi azadlıq aşiqləri ilə masaya oturmağa vadar edir.


Teqlər:





Xəbər lenti