Saakaşvili Ukrayna ərazisinə keçdi - VİDEO (Yenilənib)

Saakaşvili Ukrayna ərazisinə keçdi - VİDEO (Yenilənib)
  11 Sentyabr 2017    Oxunub:4742
Polşa və Ukrayna sərhədində yerləşən "Şeqini" beynəlxalq buraxılış məntəqəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfdarları ilə Ukraynanın polis qüvvələri arasında toqquşma baş verib.
RİA "Novosti"-nin yaydığı məlumata görə, Saakaşvili tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq Ukrayna ərazisinə keçib.


***

Ukrayna polisi “Krakoveç” sərhəd-keçid məntəqəsi yaxınlığında 100-dən çox insanı saxladığını açıqlayıb.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya məhz bu sərhəd keçid məntəqəsindən keçmək niyyətindədir.



***
(15:57)

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə əlaqədar Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.

Məlumata görə, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.

AzVision.az


Teqlər: Saakaşvili   Polşa   Ukrayna  





Xəbər lenti