Zakir Həsənov İsrailə səfər edib

Zakir Həsənov İsrailə səfər edib
  11 Sentyabr 2017    Oxunub:4697
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z. Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

AzVision.az


Teqlər: Zakir-Həsənov  





Xəbər lenti