Saakaşviliyə qarşı cinayət işi açıldı

Saakaşviliyə qarşı cinayət işi açıldı
  11 Sentyabr 2017    Oxunub:3161
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.AzVision.az xəbər verir ki, bu barədə məlumat Ukrayna polisinin “Twitter” səhifəsində yerləşdirilib.
Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 332-ci maddəsi ilə (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi ilə açılıb.

Qeyd edək ki, ötən gün Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Saakaşvili   Gürcüstan  





Xəbər lenti