Hərbi Liseydə valideynlərlə görüş keçirilib
Məktəblə tanışlıqdan sonra valideynlərlə keçirilən toplantıda təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Valideynlər məktəbdə yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə edərək keçirilmiş tədbirdən məmnun qaldıqlarını bildiriblər.
Sonda C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının təqdim etdikləri konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Hərbi-lisey