İran XİN-i Əliyev - Putin – Ruhani görüşü barədə

İran XİN-i Əliyev - Putin – Ruhani görüşü barədə
  11 Sentyabr 2017    Oxunub:4137
Bu il Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək sammiti çərçivəsində regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımı bildirib.

“Xüsusilə, İran - Azərbaycan, İran – Rusiya və Azərbaycan – Rusiya əlaqələrinin inkişafına xüsusi diqqət ayrılacaq. Görüş zamanı bır sıra əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin gözlənilir ki, prezidentlərin sammiti çərçivəsində regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir”, - deyə İran XİN rəsmisi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Azərbaycan   Əliyev   Putin   Ruhani  





Xəbər lenti