“Britaniya Minsk qrupunun səylərini dəstəkləyir” - Səfir

“Britaniya Minsk qrupunun səylərini dəstəkləyir” - Səfir
  11 Sentyabr 2017    Oxunub:1394
Böyük Britaniya Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfiri Cudih Farnuort “Dağlıq Qarabağ münaqişəsində təhlükəsizlik və diplomatiya, yeni mərhələ” mövzusunun müzakirəsi zamanı bildirib.

“Biz hər iki tərəfin sülhə çatma yollarını müzakirə edəcək bir sıra layihələrə dəstək vermişik”, - deyə səfir bildirib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Böyük-Britaniya   Dağlıq-Qarabağ  





Xəbər lenti